10 rayonda təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bütün Xəbərlər
11:52 01.10.2014
1328
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün saat 12:00-dək Abşeron rayonunın bir hissəsinə, saat 12:00-dan 14:00-dək Lənkəran rayonunun bir hissəsinə, saat 14:00-dək Gəncə şəhərinin bir hissəsinə, saat 16:00-dək Samux rayonunun bir hissəsinə, saat 13:00-dan 17:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 18:00-dək Gədəbəy rayonuna, Qazax, Yevlax, və Şəmkir rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Qaradağ rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.