100 nəfərlik toyların keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA

100 nəfərlik toyların keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA
SOSİAL
20:46 12.01.2021
6100
"Artıq bir ildən çoxdur ki, bütün dünya, o cümlədən Azərbaycan COVID-19 pandemiyası ilə qarşılaşıb. Ölkənin pandemiya şəraitindən az itki və minimum ziyanla çıxması istiqamətində bir çox əhəmiyyətli və sosial tədbirlər həyata keçirilib. Müəyyən dönəmlərdə artma və azalmalarla bərabər, ümumilikdə Azərbaycan, həqiqətən, bu problemin öhdəsindən gələ bilmişdir".

AZXEBER.COM xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, hazırda dünya pandemiya ilə mübarizədə vaksinlərin tətbiqi mərhələsinə başlayıb. Vaksinlərin tətbiqi böyük bir ölçüdə yaxşılaşmaya doğru aparacaq:

"Rəqəmlər azaldıqdan və ya virus tamamilə yox olduqdan sonra digər dünya ölkələri kimi, Azərbaycan da pandemiyadan əvvəlki həyat tərzinə qayıdacaq. Lakin artıq azalmalar böyük ölçüdə olduqdan sonra bu günə qədər tətbiq edilən məhdudlaşma və sərtləşmələr aradan götürülməlidir. Zamanla biz bununla artıq rastlaşmışıq.

Pandemiyadan əziyyət çəkənlərin sayı azaldığı zaman yumşalmalara, çoxaldığı zaman isə sərtləşməyə getmişdik. Bu isə tamamilə adekvat addım idi. Bundan sonra da bu tədbirlər görüləcək. Əhalinin sərbəst hərəkəti, iş yerlərinin açılması, insanları daha çox düşündürən toy mərasimlərinin və yas məclislərinin keçirilməsi qaydalarına bir daha baxıla bilər və baxılacaqdır".

Deputat əlavə etdi ki, bu istiqamətdə qərarları, əlbəttə, Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Burada gündəlik statistika və epidemioloji vəziyyət nəzərə alınır: "Hələlik hansısa konkret addım barədə danışmaq tezdir. Amma gözlənilən budur ki, yumşalmalara gediləcək. Bir vacib məsələni qeyd edim ki, pandemiyadan əvvəl də bizim ziyalılarımız və söz sahibi olan insanlarımız mərasimlərimizlə bağlı tənqidi fikirlər səsləndirib. Həddindən artıq ifrat və israfçılığa yol vermək daim tənqid olunub. Adət və ənənələrimizə yad olan elementlərin mərasimlərə daxil edilməsi qəbuledilməz sayılıb. Yəqin ki, bir il ərzində həyata keçirilən məhdudlaşma və tam qadağalar bundan sonra həmin mərasimləri nəzərdən keçirib məhdud formada reallaşdırmağımıza şərait yaradacaq.

Pandemiya baxımından yanaşsaq, məhdud sayda, sadəcə ailə üzvləri, yaxınlar və əziz insanların iştirakı ilə mərasimlərin keçirilməsi ilk vaxtlarda daha məqsədəuyğun olar. Daha sonra isə gedişata əsasən, yeni qərar veriləcək. Bu, təbii ki, ölkədə epidemioloji vəziyyət və statistikaya bağlı olacaq. Yoluxma sayları yüksək olduğu təqdirdə toy mərasimlərinin keçirilməsinə icazənin verilməsi mümkün olmayacaq.

Əgər azalma olarsa, virus tamamilə yox olmağa doğru gedərsə, 400-500 nəfərlik saylarla toyların keçirilməsi məqsədəuyğun deyil. Çünki əsasən yoluxmalar yas mərasimləri və çox sayda insanların birgə olduğu yerlərdən baş vermişdi.

Düşünürəm ki, pandemiyadan sonra 50, 70, 100 nəfərlik məclislərin qurulması daha məqsədəuyğun olacaq. Verilən qərardan asılı olaraq bu say daha çox və ya nisbətən çox da ola bilər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:05 03.11.2026
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
Ermənistanda zəncirvari yol qəzasında 8 nəfər ölüb
22:56 03.11.2026
Ermənistanda zəncirvari yol qəzasında 8 nəfər ölüb
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı
22:43 03.11.2026
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı
Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
22:37 03.11.2026
Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
22:30 03.11.2026
"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
22:22 03.11.2026
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
Tramp üçün çətin siyasi sınaq: Seçkiləri uduzsa, hansı addımı atacaq?
22:11 03.11.2026
Tramp üçün çətin siyasi sınaq: Seçkiləri uduzsa, hansı addımı atacaq?
“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat
21:55 03.11.2026
“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat
Sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
21:54 03.11.2026
Sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
Avropada yeddi təyyarədə axtarış aparıldı
21:49 03.11.2026
Avropada yeddi təyyarədə axtarış aparıldı
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
21:41 03.11.2026
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:34 03.11.2026
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
21:26 03.11.2026
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
21:21 03.11.2026
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
21:14 03.11.2026
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
21:06 03.11.2026
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər