'1001 Gecə'də qadın müğənnilərin başına oyun açıblar - ŞOK İDDİA
MAQAZİN
16:57 01.08.2012
5398
İSTİRAHƏT MƏRKƏZİNDƏ MÜĞƏNNİLƏRİ ZORLA STİRPTİZ GÖSTƏRMƏYƏ ZORLAYIBLAR İki həftə öncə “1001 gecə” istirahət mərkəzində olan atışma hələ də ictimaiyyətin diqqət mərkəzindədir. Qeyd edək ki, 17 iyul gecə saat 3 radələrində deputat Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmov millət vəkilinə mənsub olan “1001 gecə” istirahət mərkəzində qətl törədib. Hadisə nəticəsində Ramal Bayramov həyatını itirib, Səməd Mənsimov isə ağır yaralanıb. Adının çəkilməsini istəməyən Azərbaycanın tanınmış müğənnilərindən biri “1001 gecə” istirahət mərkəzində baş verənlər haqqında PİA.AZ-a maraqlı faktlar açıqlayıb. Müğənni xanımın bildirdiynə görə əvvəllər bir çox tanınmış müğənnilər, həmçinin elə özü də “1001 gecə” istirahət mərkəzində səhnə alıb. Amma ora bir iki dəfə gedəndən sonra yaxşı pul verilməsinə baxmayaraq, heç kim orda oxumaq istəmirdi. Son zamanlar isə ən yüksək qonrarala da orda heç kim oxumurdu. Bunun səbəini açıqlayan müğənni xanım bildirir ki, burda səhnə alan müğənnilərə daima zor tətbiq olunurdu: «Misal üçün deyim ki, bir qadın müğənini stolun üstünə çıxarıb stiptiz göstərməyə məcbur etmişdilər. Müğənni etiraz etdikdə onun üstünə tapança çəkib buna zorlamışdılar. Başqa bir vaxt isə bir kişi müənini qurbağa kimi tullanmağa məcbur eləmişdilər». Müğənni xanımın bildirdiyinə görə, Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmov və onun dostları bütün bu əməlləri edərkən, çox vaxt millət vəkilinin köməkçisi də istirahət mərkəzində olurdu. Baş verən hadisələrin bir çoxu isə məhz millət vəkilinin köməkçisinin gözləri qarşısında baş verib. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq... /// pia.az