107 trilyon email göndərilib

Bütün Xəbərlər
12:59 17.01.2011
1808
Hesabatda qeyd edilir ki, 2010-cu ildə Qlobal şəbəkədə 1,97 milyarda yaxın internet istifadəçisi fəaliyyət göstərib. Hər gün orta hesabla 294 milyard elektron məktub göndərilib, onların təqribən 89 faizi spamdır. Ümumilikdə, dünyada 2,9 milyon elektron poçt ünvanı və 152 milyon bloq qeydiyyatdan keçib.

Hesabatda həmçinin qeyd edilir ki, 2010-cu ildə şəbəkədə 255 milyon sayt fəaliyyət göstərib. 2009-cu ilin nəticəsi ilə müqayisədə bu göstərici 21,4 milyon çoxdur.

Şirkətin hesabatında ilk dəfə olaraq, Twitter və Facebook servisləri haqqında da statistik məlumatlar öz əksini tapıb. Belə ki, hesabatda bildirilir ki, Facebook sosial şəbəkəsində il ərzində 250 milyon, Twitter servisində isə 100 milyon yeni istifadəçi adı qeydiyyatdan keçib.


 

OXŞAR XƏBƏRLƏR