Hesabatda həmçinin qeyd edilir ki, 2010-cu ildə şəbəkədə 255 milyon sayt fəaliyyət göstərib. 2009-cu ilin nəticəsi ilə müqayisədə bu göstərici 21,4 milyon çoxdur.
Şirkətin hesabatında ilk dəfə olaraq, Twitter və Facebook servisləri haqqında da statistik məlumatlar öz əksini tapıb. Belə ki, hesabatda bildirilir ki, Facebook sosial şəbəkəsində il ərzində 250 milyon, Twitter servisində isə 100 milyon yeni istifadəçi adı qeydiyyatdan keçib.