#10il Instagram müsabiqəsinə start verilir

#10il Instagram müsabiqəsinə start verilir
Bütün Xəbərlər
15:45 04.09.2013
1157

Aztagram və "İRƏLİ" İctimai Birliyi"10 il"kampaniyası çərçivəsində #10il Instagram sərgi və müsabiqəsinə start verirlər.

Instagram son vaxtlar Azərbaycanda xüsusilə gənclər arasında populyarlıq qazanmış sosial şəbəkədir. Dünya üzrə 100 milyondan artıq istifadəçisi olan Instagramda istifadəçilər foto və video paylaşımlar edirlər. Instagram Azərbaycanda son iki ildə populyarlaşıb və hal-hazırda Azərbaycanlı istifadəçilərin sayı sürətlə artmaqdadır.

"#10il" Instagram müsabiqəsinin əsas məqsədi Instagram istifadəçilərinin son 10 ildə həyatlarında baş vermiş əlamətdar hadisələri və anları əks etdirən foto və videoları bir araya toplamaqla və Azərbaycanın və azərbaycanlıların son 10 ilini fotolardan ibarət sərgi formasında təqdim etməkdir.

Müsabiqədə iştirak etmək şərtləri çox sadədir. Instagram istifadəçiləri son 10 ildə öz həyatlarında baş vermiş əlamətdar və maraqlı fotoları #10il açar sözü ilə Instagrama yükləməklə müsabiqə iştirakçısına çevrilirlər. Fotoların qəbulu müddəti20 Sentyabr 2013-cü il tarixinə kimidir. İştirakçılar istənilən sayda fotoyla müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə qəbul olunmuş fotolar gündəlik olaraq www.aztagram.com və  www.10il.az saytlarında nümayiş olunacaq.

Layihənin yekunu isə27 Sentyabr tarixində "Art Garden"də "#10il Instasərgi" adı ilə baş tutacaq. Sərgi zamanı müxtəlif nominasiyalar üzrə müsabiqələr keçiriləcək və qaliblərə xüsusi hədiyyələr təqdim olunacaq.

OXŞAR XƏBƏRLƏR