11-ci mərtəbədən düşən 2 yaşlı uşaq sağ qaldı

11-ci mərtəbədən düşən 2 yaşlı uşaq sağ qaldı
Bütün Xəbərlər
10:50 13.05.2013
1604
Rusiyada möcüzə baş verib.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt Moskvada 2 yaşlı uşaq 11-ci mərtəbədən yıxılıb. Hadisə şənbə günü qeydə alınıb.Məlumata görə, Paşa adlı uşağın boyu həmyaşıdları ilə müqayisədə uzun, evin pəncərələri isə alçaq olub. Bunu nəzərə alan valideynlər pəncərələr üçün xüsusi qoruyucu hazırladıblar. Qoruyucu qapıları açan dəstəyi isə onlar mətbəxdə sobanın içərisində gizlədiblər. Valideynlərinin dəstəyi qoyduğu yeri görən uşaq onlardan xəbərsiz alaraq pəncərəni açıb, aşağı boylananda isə 11-ci mərtəbədən yerə düşüb.Azlaşlının yerə çırpılmasına isə həyətdə olan ağaçlar mane olub. Belə ki, yasəmən ağaçının üzərinə düşən uşağın sürəti azalıb. Ağaça dəyərək ayağı sınan uşaq yerə düşüb.
OXŞAR XƏBƏRLƏR