Bakıda intihar hadisəsi baş verib.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1999-cu il təvəllüdlü Əli Akif oğlu Məmmədov yaşadığı evin həyətində yardımçı tikilidə özünü asaraq intihar edib.
Polisdən bildirilib ki, intihar edən Ə. Məmmədov orta məktəbin 11-ci sinfində oxuyub.
O, sübh namazını qıldıqdan sonra intihar edib.