AZXEBER.COM-un Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncənin Mahrasa bağı yaşayış massivində “Mercedes” markalı minik maşını idarəetmənin itirilməsi nəticəsində ağaca çırpılıb, sürücü – 11-ci sinif şagirdiAzər Kazımovvə sərnişinləri –Elgün Məmmədov, Ayxan Səfərovmüxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılan yaralıların vəziyyəti orta ağırdır. Şahidlər hadisəyə yüksək sürətin səbəb olduğunu bildirirlər.




