"11 sentyabr"ın 10 yaşı oldu

"11 sentyabr"ın 10 yaşı oldu
Bütün Xəbərlər
12:43 11.09.2011
2941
11 sentyabr 2001-ci il... bu tarixi amerikalilar dəhşətli terror aktları ilə, bütün dünya isə bir neçə müharibə və dünyada başlanan antiterror əməliyyatları ilə xatırlayacaq. Amerika tarixinin ən dəhşətli terror aktı yalnız Amerikaya və amerikalılara təsir etmədi. Bütün dünyanın düzənini dəyişdi. Yüzlərlə insanın ölümünə səbəb olan bu hücumları rəsmi Vaşinqton özünə qarşı elan edilmiş müharibə kimi qiymətləndirdi və terror aktının məsuliyyətini üzərinə götürən “Əl-Qaidə” terror təşkilatına qarşı əks hücuma başladı. Təşkilatın lideri Üsamə Bin Ladenin axtarılması və təşkilatın bazalarının məhv edilməsi məqsədilə 2001-ci il oktyabrın 7-də Əfqanıstana daxil oldu. Baxmayaraq ki, bu ilin mayında Bin Ladenin Pakistanda öldürüldüyü açıqlandı, minlərlə insanın ölümünə səbəb olan bu müharibə hələ də davam edir. Elə Pakistanda da Amerikanın pilotsuz təyyarələrlə həyata keçirdiyi antiterror reydləri nəticəsində çox sayda insan öldü. Bu insanların içərisində dinc sakinlərin də olmasını Pakistan hökuməti dəfələrlə bəyan edib. Rəsmi Vaşinqton İraq lideri Səddam Hüseynin də terrora dəstək verdiyini iddia edərək 2003-cü ilin martında İraqa daxil oldu. Səddam Hüseyn devrildi. Amma nə onun kimyəvi silahları tapıldı, nə də “Əl-Qaidə”ni dəstəklədiyi sübut olundu. Prezident Barak Obama 2010-cu ilin avqustunda İraq müharibəsinin bitdiyini elan etdi.11 sentyabr dünyanı necə dəyişdi? Bütün bu hadisələr isə dünyanın siyasi mənzərəsinə və dövlətlərin mövqeyinə təsirsiz ötüşmədi. Politoloq, millət vəkili Rasim Musabəyov deyir ki, Sovetlər Birliyi dağıldıqdan sonra, Birləşmiş Ştatlar bir onillik ərzində özünü dünyanın yeganə güc sahibi hesab edirdi. Lakin bu hadisələr hər şeyi dəyişdi. “Hər halda hiss olundu ki, bir qüvvənin uzun müddətli tam dominantlığı baş vermir. Hardasa kimsə ona qarşı mütləq çıxır. İndi “Əl-Qaidə” olmayacaqdı, hansısa başqa biri olacaqdı. Hər halda arxayınçılıq heç kəs üçün uzun müddətli davam etmir. Bu da aydın oldu”, - deyə Rasim Musabəyov vurğulayıb.Ekspertlər bu hadisələrin Azərbaycanın ABŞ üçün əhəmiyyətini artırdığını deyirlər 11 sentyabr hadisələrindən sonra yaradılan antiterror koalisiyasına Azərbaycan da qoşuldu. Rasim Musabəyov hesab edir ki, Azərbaycan dövləti onsuz öz xarici siyasətində qərblə əməkdaşlıq xəttini seçdiyinə görə, bu hadisələr Azərbaycanın xarici siyasətini dəyişmədi. Lakin ölkəmizin Amerika üçün əhəmiyyətinə təsir etdi. “Azərbaycan həm kəşfiyyat sahəsində, həm də bilavasitə ABŞ-la terror şəbəkəsinə qarşı mübarizədə mövcuddur. Bütün bunlar Azərbaycanın ABŞ üçün əhəmiyyətini artırdı. Bildiyiniz kimi tranzit Əfqanıstana Azərbaycandan keçir. Bu elə-belə deyil ki, bura bütün Pentaqonun rəhbərləri gəlir. Azərbaycan rəhbərlərilə görüşür. Hansısa bir məsələni müzakirə edir. Halbuki Ermənistana getməyiblər. Onlara heç bir ehtiyac yoxdur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI