12 yaşlı uşaq ov tüfəngi ilə özünü vurdu

12 yaşlı uşaq ov tüfəngi ilə özünü vurdu
Bütün Xəbərlər
13:51 16.11.2015
1232
Hadisə yerindən 1 ədəd sənədsiz “İJ” tüfəngi götürülüb.
Sabirabad rayonunda 12 yaşlı uşaq ov tüfəngi ilə özünü güllələyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM -a verilən məlumata görə, hadisə noyabrın 13-də Sabirabad rayonunun Moranlı kəndində qeydə alınıb.
Kəndin otlaq sahəsində kənd sakini, 12 yaşlı Taleh Sadıqov ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng götürülüb.
OXŞAR XƏBƏRLƏR