xari

120 kq çəkisi olan aktrisa: Kök olduğuma görə boşandım

MAQAZİN
16:42 29.03.2021
1095
Aktrisa Səadət Abbasova artıq çəkidən əziyyət çəkir.
 
AZXEBER.COM xəbər verir ki, görünüşünə görə depressiyaya düşən məşhur aktrisa ARB telekanalında yayımlanan "Elgizlə izlə" verilişinə müraciət edib.
 
O bildirib ki, 120 kilo çəkidən əziyyət çəkdiyi üçün hətta arzuladığı roldan da imtina etməli olub.
 
Bütün bunlar Səadət Abbasovanın ailə həyatına da təsirsiz ötüşməyib.
 
Aktrisa qeyd edib ki, xarici görünüşünə görə həyat yoldaşıyla aralarında soyuq münasibət yaranıb. Həyat yoldaşı ilə boşanmaq qərarına gəlib.
 
Verilişdə iştirak edən eksperlər qeyd edib ki, kişi həyat yoldaşının xarici görünüşünə görə ayrılmaq qərarı verirsə, ailənin bünövrəsi düzgün qurulmayıb.
 
Veriliş boyu ekspertlər zahiri görünüşünə görə kompleksə düşən aktrisaya dəstək olublar.
 
Nərmin Məmmədli

OXŞAR XƏBƏRLƏR