Aprelin 20-də axşam saatlarında Xaçmaz rayonunda intihara cəhd hadisəsi baş verib. Rayonun Palçıqoba kənd sakini, 1989-cu il təvəllüdlü Nəcəfov Şahzadə Rahid oğlu özünü asaraq intihar etmək istəyir. Lakin onun 13 yaşlı bacısı Fəxriyyə Nəcəfova qardaşını xilas edə bilib. O, qardaşını həyətlərindəki yardımçı tikilidə ipdən asılı qaldığını görüb. Fəxriyyə özünü itirməyərək onun ayaqlarından qaldıraraq qardaşının həyatını xilas edə bilib. Ş.Nəcəfov isə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İntihara cəhd edən şəxs heç bir şey xatırlamır.
Qeyd edək ki, 13 yaşlı Fəxriyyə Nəcəfova bir neçə ay öncə intihar etməyə çalışan qonşunun da həyatını xilas edib. Faktla bağlı araşdırmalar davam etdirilir. //lent.az