Hadisə Rusiyanın Voloqodsk vilayətinin Belozversk qəsəbəsində baş verib. 13 yaşlı Yuliya 38 yaşlı əlil anası Yelena Kudryavtsevanı xilas edərkən özü həlak olub. Yelena kənar yardım olmadan hərəkət edə bilmirdi.Yuliya əlil anası və 72 yaşlı babası ilə kənd evində yaşayırdı. Həmin evdə yanğının soba ucbatından baş verdiyi ehtimal edilir.Yanğının baş verməsindən də elə birinci qız xəbər tutub. O çölə çıxaraq qonşuları köməyə çağırıb. Qonşular yanğınsöndürənləri çağırana qədər qız yenidən evinə qayıdıb ki, anasını xilas etsin. Ancaq qız məqsədinə nail olma bilməyib. Hər ikisi evin içində yanıblar.72 yaşlı kişi isə xilas ola bilib.(milli.az)










































