Milli.Az-ın əldə etdiyi məlumata görə, 13 yaşlı Samirə atın yüyənini əlinə dolayaraq otarırmış. Bu zaman at hürkərək götürülüb. Yüyən isə qızın əlindən çıxmayıb və at qaçdıqca yeniyetmə yerlə sürünüb. Atı saxlayanda isə Samirə artıq dünyasını dəyişibmiş.