14 il öncə bu gün: İlhamla irəli

GƏNCLİK
15:39 31.10.2017
3598

Aygül Ağayeva,
YAP fəalı

31 oktyabr 2003-cü il – Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi ilk dəfə and içdiyi gündür. O gündən 14 il ötür..


Cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev ideyalarına söykənərək məhz bu gün, bu şanlı yola qədəm qoymuşdur. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.

Ulu Öndər müasir Azərbaycan dövlətçiliyinin banisi olmaqla, həm də Azərbaycan milli azadlıq hərəkatının yaradıcısıdır. Bu siyasətin layiqli davamçısı isə cənab Prezidentimiz İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Həmin siyasətin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir.

Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezident İlham Əliyevin öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

Dövlət başçısımız cənab İlham Əliyev xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Fərman və Sərəncam imzalamışdır.

Azərbaycan dünyaya tolerantlıq modelini təqdim edir. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı.

OXŞAR XƏBƏRLƏR