‘14 yaşımda nişanlım məni zorladı…’ – BİR QADININ ÜRƏK AĞRIDAN HEKAYƏSİ

‘14 yaşımda nişanlım məni zorladı…’ –  BİR QADININ ÜRƏK AĞRIDAN HEKAYƏSİ
Bütün Xəbərlər
16:24 22.10.2013
24097

AZXEBER.COM Ailem.az-a istinadən, Bakıdakı qadın sığınacaqlarından birində iki övladı ilə birlikdə yaşayan qadının gerçək həyat hekayətini təqdim edir. O, adının açıqlanmasını istəmədi. Sadəcə başına gələn dəhşətləri qısaca nəql elədi.

Beləliklə, bir qadının həyat yolu: Ağsu, İsmayıllı, Bakı, …

Zaman 2013

Məkan Bakı, qadın sığınacağı

Üç dəfə udqundu və …

- Ağsuda doğulmuşam. Yaşıdlarım məktəbə gedəndə anam məni 14 yaşımda İsmayıllıdan 26 yaşlı oğlana nişanladı. Baxmayaraq ki, evdə məndən böyük bacım vardı. Mən etiraz edəndə anam “kimin qisməti nədirsə, elə olacaq” deyib ağzımın üstündən çırpdı. Oğlan evi heç mənə üzük də gətirməmişdi. Bir “kasinka” gətirib çiynimə atmışdılar, vəssalam. Mən onu sevmirdim. Kimsəni sevmirdim… Heç sevgi nədir bilirdim ki?! Mənim marağım oxumağıydı. Bir də həyətimizdə oturub “semiçka” çırtlamağı sevərdim. Nişanlım deyilən adamla görüşə zada da getməzdim. Həmişə o, bizə gəlirdi. Anam mənə deyirdi ki, sən məni biabır edirsən. Deyirdim axı mən məktəb oxumaq istəyirəm, institut oxumaq istəyirəm. Qapımızın ağzındakı skamyada oturub “semiçka” çırtlayanda özümü həkim kimi təsəvvür edirdim, müəllimə kimi… Amma heç vaxt bu yaşda ana olacağım ağlımın ucundan belə keçməzdi. Oğlan da bilirdi ki, mən onu sevmirəm, məni ona məcburi veriblər. Buna görə də nişandan yeddi ay sonra o, mənə zorla sahib oldu…

Zaman 1998

Məkan Ağsu rayonu

- Həmin gün bərk yağış yağırdı. Gecə saat 12 idi, amma o, hələ də bizdəydi. Anama dedim ki, bu, nə vaxt gedəcək? Mənim yuxum gəlir, yatmaq istəyirəm. Anam mənə təpindi ki, sus, nişanlındı. Bir tərəfdən də o, göz-qaş edirdi ki, işim var, gedək bayırda söhbət edək. Mən çiyin atırdım ki, getmirəm. Onda anama dedi ki, bibi, olar biz həyətdə söhbət edək? Anam da “ay bala, öz nişanlısısan da. Yad adam deyilsən ki?! Çıxın, əlbəttə” dedi. Artıq gecə yarıydı. O görəndə ki, anamgil işığı söndürüb yatdılar ağzımı əliylə tutub evimizin ikinci mərtəbəsinə qaldırdı. Evimiz çox böyüküydü. Yuxarının səsi aşağı gəlməzdi. Orda məni zorladı. Sabahı gün xəcalətimdən heç kimə deyə bilmədim. Yatağımda uzanıb səhərə qədər ağladım. Heç kim mənə fikir vermirdi ki, yəqin, öz sevdiyi var, nişanlısına ərə getmək istəmir deyə ağlayır. Hətta anam da belə düşünürdü. Ona görə məktəbə də getməyə qoymurdu ki, birdən gedib oğlanla görüşərəm. Üstündən bir müddət keçəndən sonra ürək bulantım başladı. Anam məhəl vermədi. Hamiləlik ağlıma da gəlmirdi. Gördüm anam fikir vermir, xalama dedim. Xalam məni uşaq həkiminə apardı. Uşaq həkimi dərdimə çarə tapmadı. Sonra xalam məni ayrı həkimə apardı. Onlar baxan kimi dedilər ki, bu qızda hamiləlik əlamətləri var. Test edən kimi hamilə çıxdım. Oğlan hamilə olduğumu biləndə dedi, nolar, öz nişanlımsan.

Zaman 1998

Məkan İsmayıllı rayonu

- Hamiləliyin ürək bulantısı olmasaydı, heç deməzdim hamiləyəm. Uşağıydım. Qaçmaq, tullanmaq həvəsindəydim. Əynimdə “şortik-kofta” küçədə oturub yenə “semiçka” çırtlayırdım. Birdən qarşımda maşın dayandı, nişanlım qapını açıb məni çağırdı. Qalxıb ona yaxınlaşanda bir də gördüm ki, kimsə məni tutub maşına atdı. Öz nişanlım məni qaçırtdı. Məni İsmayıllıdakı evlərinə gətirdi. Orda qayınlarım məcbur elədilər polisə ərizə yazım ki, könüllü gəlmişəm. Mən də yazdım. Orda qalmaq istəmirdim. Özümü öldürmək üçün pəncərədən atmaq istədim, mane oldular. Düzdü, hamilə olduğum üçün rüsvay olmayım deyə evdən çıxmaq istəyirdim. Amma ona ərə getmək keçmirdi könlümdən. Sadəcə ölməyi düşünürdüm. Buna görə oğlanın ailəsi övladım dünyaya gələnə qədər məni qapalı evdə saxladılar. Böyük oğlum dünyaya gəldi.… Ərimdən narazı deyildim. Normal yaşayırdıq. İkinci oğlum qucağımda üç aylıq olanda Bakıya köçdük.

Zaman 2000

Məkan Bakı

- Burda da yaxşı yaşayırdıq. Ta ki, atam həyatımıza girənə qədər. Bizə gəlib ərimlə tərbiyəsiz zarafatlar edirdi: “Bir qız var. Özü sənin, anası mənim”. Buna baxmayaraq, ərim ona fikir vermirdi. Axırda ərimi aparıb yanında işlətdi, pulunu vermədi. Bundan sonra ərim acıq edib evə gəlmədi. İki uşaqla qaldım tək başına. Nə yeməyimiz olurdu, nə kirayə yaşadığımız evin aylığını verməyə pulumuz. Mən həmişə deyirəm – mənim evimi atam yıxdı. Çox şərəfsiz, namussuz adamdı. Ərim bizi qoyub gedəndə heç kim yox ha, atam adıma pis söz çıxardı. Allah başıma daş salar, anam namussuz deyil, amma öz rahatlığını sevən qadındı. Qapısına getdim ki, küçədə qalmışam, nolar, evə buraxın məni. Anam evə buraxmadı ki, get, gör neynirsən. Axı mən tək qadın, iki uşaqla neyləyə bilərəm?! Ailədə üç bacı, bir qardaşıq. Bir bacım da məndən betər gündədi. Onu da evimizə yaxın qoymurlar. Bakıda rəfiqəsigildə qalır. Qardaşımın birinci arvadı yeddi ayın gəliniydi, şərləyib evdən qovdular. İndiki qız ikincidi. Yaxşı qızdı. Mənim də xətrimi çox sevər. Onunla xəlvət xəbərləşərik. Qardaşım rayonlarda işləyib ailəsinə baxır. O rayonda olanda zəng edib qardaşım balalarının səsinə qulaq asıram.

Zaman 2005-2013

Məkan Bakı

- Kirayə pulunu ödəyə bilməyəndə uşaqlarımla parkda yatırdım. Anama yalvardım ki, eviniz böyükdü. İzin ver, bir küncündə yaşayım, balalarımı böyüdüm. Anam razılaşmadı. Bir gün bir qadın mənə kömək edəcəyini dedi. O, mənə üz, qaş almağı öyrətdi. Beləcə, bir müddət uşaqlarıma baxdım. Sonra gördüm alınmır. Kirayə pulunu çatdıra bilmirəm. Yenə anama ağız açdım. Hər dəfəsində anam məni qapıdan geri çevirdi.… Beləcə, illər ötüb. İztirab dolu illər. Uşaqlarım küçələrdə böyüyürdü. Elə gün olurdu ac yatıb dururduq. Və mən həyatımın ən dəhşətli illərini yaşadım. Nəinki danışanda, xatırlayanda belə əzab çəkirəm. Heyf ki, bəzən həyat insanın öz əlində olmur. Kiməsə, nəyəsə görə həyatın diqtəsi altında hərəkət etmək zorunda qalırsan. İstəmədən, məcburən, ürəyinə qara qanlar axıdaraq o həyatın qurbanına, köləsinə çevrilirsən. Ta ki, qarşına “ağ zolaq” çıxana qədər…Mənim də qarşıma o “ağ zolaq” çıxdı. Bir təsadüf bizi Bakıdakı qadın sığınacaq evinin rəhbəri ilə qarşılaşdırdı. Sağ olsun, sığınacağın qapılarını mənə və balalarımın üzünə açdı. İndi iki oğlumla burda yaşayırıq.… Çox dedilər ki, apar balalarını uşaq evinə ver. Dövlət onlara səndən yaxşı baxacaq. Amma mən vermədim. Heç vaxt balalarımdan keçmərəm. Birinin 14 yaşı var, o birinin 13. Dərslərini yaxşı oxuyurlar. Məktəbi mənim kimi sevirlər. Oxumağa böyük həvəsləri var. Ölərəm, amma qoymaram onların təhsili mənimki kimi yarımçıq qala. Nəyin bahasına olursa olsun, onlara təhsil verəcəm. Mənim yarı yolda qırılmış arzularımı onlar həyata keçirəcək. Mütləq… ”, – deyir və söhbət boyunca gözündə ilişib qalan yaş sonda yanağından süzülüb düşür.

P.S. Bu dəfə qəhrəmanımla sizi başbaşa qoydum. Heç bir fikir müdaxiləsi etmədən özü danışdı, mənim qələmimlə. Sonda istədim bu sonluqda fikrimi tamamlayım. Gah fikirlərimi düzməyə ip tapmadım, gah da ip tapanda söz tapmadım. Sonluğu sizə buraxıram. Necə vicdanınıza sığırsa, elə də tamamlayın!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrailin gecə baş verən hücumları nəticəsində Qəzzada azı 21 nəfər həlak olub
07:54 25.06.2025
İsrailin gecə baş verən hücumları nəticəsində Qəzzada azı 21 nəfər həlak olub
Uitkoff: ABŞ AEBA ilə İranla mümkün nüvə sazişini müzakirə edir
07:44 25.06.2025
Uitkoff: ABŞ AEBA ilə İranla mümkün nüvə sazişini müzakirə edir
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var