Türkiyənin Samsun şəhərində qeyri-adi hadisə yaşanıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 16 yaşlı oğlan ilə qaçan 14 yaşlı qız ana olub. Qızı zorladığı hesab edilən oğlan məhkəmə tərəfindən nəzarətə alınıb. Qız polisə verdiyi ifadəsində, "4 il yoldaşlıq etdik. Sonra isə birlikdə qaçdıq. Şikayətçi deyiləm" deyib. Qızın yaşının dəqiqləşdirilməsi üçün məhkəmə iş qaldırıb.
Qeyd edək ki, uşaqlar ailələrin razılığı ilə rəsmi nikahsız evləndiriliblər. Qızın uşağı olduqda isə, həkimlər vəziyyəti polisə bildirib.
Ozal İbrahimli