14 yaşlı oğlan anasının gözləri qarşısında öldü

14 yaşlı oğlan anasının gözləri qarşısında öldü
Bütün Xəbərlər
11:21 04.12.2012
2744
Ağsuda daha bir dəm qazından boğulma faktı qeydə alındı
Ağsu rayonunda 14 yaşlı yeniyetmə dəm qazından boğularaq ölüb. Rayon Prokurorluğundan verilən məlumata görə, 1998-ci il təvəllüdlü Mirkərim Soltanlının meyidi yaşadığı evin həyətindəki hamamda tapılıb. 
Onun meyidini ilk öncə anası görüb. Araşdırmalar zamanı M.Soltanlının dəm qazından boğulduğu məlum olub. 14 yaşlı gənc Ağsu rayon orta məktəbinin 8-ci sinif şagirdi idi. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR