14 yaşlı qız özünü binanın damından atdı

14 yaşlı qız özünü binanın damından atdı
Bütün Xəbərlər
10:51 28.09.2011
2132
Bu gün Bakıda dəhşətli intihar hadisəsi baş verib. 
Suraxanı rayon Polis İdarəsi 33-cü Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsində, 7 Gözəl adlanan ərazidə 1997-ci il təvəllüdlü Əliyeva Kəsirə Malik qızı özünü yaşadığı doqquzmərtəbəli binanın damından yerə atıb. Nəticədə 14 yaşlı qız aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının nümayəndələri gəlib. 8-ci sinif şagirdi olan yeniyetmə qızın özünü öldürməsinin səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR