Katarakt

15 erməni təhvil verildi, Ağdamın mina xəritəsi alındı - RƏSMİ

SİYASƏT
18:56 12.06.2021
3020
Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən bildirilib.

Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik.

Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəkdir.
 
22:25
 
"Caliber” layihəsinin "Youtube” hesabında bu gün Bakı vaxtı ilə 17:00-da Azərbaycan və Ermənistan nümayəndələri arasında baş tutmuş tarixi görüşlə bağlı video yayımlanıb. Görüş zamanı əldə olunmuş razılığa əsasən Azərbaycana Ağdam rayonunun bütün mina xəritələrini təqdim edilib. Bakı isə İrəvana 15 erməni hərbçisini qaytarıb.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:14 30.07.2021

Türkiyədə meşə yanğınlarında ölənlərin sayı artdı - VİDEO

23:48 29.07.2021

Ceyhun Bayramov: "Bu çətin günlərdə Türkiyənin yanındayıq"

23:33 29.07.2021

Bakıda 71 yaşlı kişinin meyiti aşkarlanııb

23:19 29.07.2021

Kürdəmirdə gənc qız intihara cəhd edib

23:11 29.07.2021

Konfrans Liqası: "Qarabağ" növbəti mərhələyə vəsiqə qazandı

22:44 29.07.2021

Səfirlik: Frənk Pəllonun düzəlişi Azərbaycan-ABŞ tərəfdaşlığına xələl gətirmək yanaşmasını əks etdirir

22:04 29.07.2021

Türkiyədə koronavirusla bağlı son vəziyyət

21:47 29.07.2021

Ərdoğan: Bütün imkanlar meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edilib

21:26 29.07.2021

Son bir həftə ərzində dörd uşağın küçəyə atılmasının səbəbi narkotik istifadəsidir - VİDEO

21:24 29.07.2021

SMA Tunarla bağlı xoş xəbər: 2 milyon dollarlıq iynə vuruldu

21:16 29.07.2021

Peyvənd oluna bilməyənlərin aqibəti necə olacaq? – VİDEO

21:03 29.07.2021

Tokioda koronavirusa yoluxma sayında yenidən rekord qırıldı

20:54 29.07.2021

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə edib

20:49 29.07.2021

Fermerlərin nəzərinə: Agentlikdən virusla bağlı XƏBƏRDARLIQ

20:32 29.07.2021

İbrahim Kalın: "Meşə yanğınları milli fəlakətdir"

20:12 29.07.2021

Rusiya və Çin genişmiqyaslı hərbi təlimlərə başlayır