Yanvarın 28-dən fevralın 12-dək Bakıda yolların buzlu olması ilə əlaqədar 435 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bunu bazar ertəsi Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib.
O bildirib ki, yalnız ötən sutka ərzində 21 nəfər buzda sürüşərək müxtəlif dərəcəli travma alıb. Onların 20-si xəstəxanaya çatdırılıb.
Baş həkimin sözlərinə görə, ümumilikdə ötən sutka ərzində təcili tibbi yardım stansiyalarına 1585 müraciət daxil olub. Müraciət edənlərin 171-i xəstəxanalara yerləşdirilib. Dünən 58 nəfər müxtəlif dərəcəli travma alıb. Onlardan 43-ü xəstəxanalara yerləşdirilib.