16 yaşlı məşhur “Tik-Tok” ulduzu öldü

DÜNYA
19:43 27.06.2020
3082

Hindistanda 16 yaşlı məşhur "Tik-Tok” bloqeri Siya Kakkar ölüb.

CNN xəbər verir ki, yeniyetmə qızın sosial şəbəkədə iki milyondan çox izləyicisi olub.

Siyanın ölüm xəbərini onun meneceri Arcuna Sarina verib. Qəfil ölümün səbəbi açıqlanmayıb.

S.Kakkar qısa komediya səhnələri və populyar memləri ilə məşhurluq qazanıb. 2016-cı ildə o vaxt cəmi 12 yaşı olan qızın videoçarxları 120 milyondan çox izlənmə sayı toplayıb.

Oxu.az

OXŞAR XƏBƏRLƏR