17 min manatadək əmanətlər qaytarılacaq - oktyabrın 16-dan...

TOP4
21:59 07.10.2019
8232
Ləğv prosesində olan "Atrabank” ASC”, "Royalbank” ASC, "Kredobank” ASC, "Zaminbank” ASC, "Bank of Azerbaijan” ASC, "Qafqaz İnkişaf Bankı” ASC, QSC "Bank Standard” KB, "Yunayted Kredit Bank” ASC, "Texnikabank” ASC, "Dəmirbank” ASC və "Gəncəbank” ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə "Kapitalbank” ASC vasitəsilə oktyabrın 16-dan başlanacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun məlumatında deyilir.

Fiziki şəxslərin kreditor tələbinin ödənilməsi ilə bağlı "Kapitalbank” ASC-nin filial şəbəkəsi və lazım olan sənədlər barədə əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR