Bir neçə ay öncə rəfiqəsini ürəyindən bıçaqlayaraq öldürən qız ifadəsində yeni cinayət barədə məlumat verib. 2014-cü ilin noyabrın 27-də otaq yoldaşıŞəms Abdullayevanı öldürən 1998-ci il təvəllüdlüAydan Xalidovahazırda Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır. A.Xalidova Cinayət Məcəlləsinin 120-ci maddəsinə görə həbs edilib. Bu dəfə isə o ifadəsində bildirib ki, 2013-cü ildə, yəni 15 yaşı olarkənƏləkbəradlı şəxslə cinsi əlaqədə olub. Faktla bağlı Xəzər RPİ İstintaq Şöbəsində araşdırma aparılır. Qeyd edək ki, Cinayət Məcəlləsinin 152-ci maddəsinə görə 16 yaşa çatmayan şəxslə cinsi əlaqədə olmaq üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (qafqazinfo)