Səudiyyə Ərəbistanında ata 17 yaşlı qızını məcburi olaraq 90 yaşlı qocaya ərə verib.AZXEBER.COM-un məlumatına görə, hadisə barədə qızın özü polisə şikayət edib. Bu hadisə bütün dünyada böyük rezonans doğurub.Belə ki, adı açıqlanmayan qız polisə bildirib ki, valideynləri onu aldadıb. Onu 20 yaşlı yaraşıqlı oğlana verdiklərini deyiblər. Bu azmış kimi həqiqətən də qızı gənc biri ilə tanış ediblər.Bir müddət sonra ata qızını ər evinə yola salmağa hazırlaşıb. Qızı üçün bilet də alıb. Lakin gəlin aldadıldığını hiss edib. O, nikah şəhadətnaməsinin üzərində ərinin doğum gününü görüb. Qiz bilib ki, onu babası yaşında kişiyə ərə veriblər.Qız canını qurtarmaq üçün evdən qaçıb. 17 yaşlı qız polisə müraciət edib.