«İrəli» Gənclər Mərkəzinin açılışı olub (FOTO)

GƏNCLİK
17:04 01.02.2011
2515

Gənclər və idman naziri Azad Rəhimovun, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun, biznes, media və digər sektorları təmsil edən şəxslərin iştirak etdiyi mərasimdə “İrəli” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı mərkəz barəsində qonaqlara məlumat verib.

Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi, “Atəşgah Sığorta” və “hp” şirkətinin dəstəyi ilə yaradılan mərkəz çoxfunksiyalı fəaliyyət göstərəcək. Ümumi ərazisi min kvadrat metr olan “İrəli” Gənclər Mərkəzində müxtəlif istiqamətlər üzrə təlimlər keçiriləcək: “Mərkəz bütünlüklə kompüterləşdirilib. Burada müasir kitabxana, gənclərin maarifləndirilməsi məqsədilə bir sıra imkanlar yaradılıb”.

Gənclər və idman naziri Azad Rəhimov “İrəli” İctimai Birliyinin gənclər sektorundakı fəaliyyətini müsbət xarakterizə edib. Onun sözlərinə görə, “İrəli” İctimai Birliyinin layihələri gənclərin maarifləndirilməsinə yönəldiyindən, həmişə uğur qazanıb: “Mərkəzin yeni binasının bundan sonra görülən layihələrin uğurla nəticələnəcəyinə səbəb olacağına ümid edirəm. Hesab edirəm ki, gələcəkdə təşkilat beynəlxalq səviyyəli tədbirlərin Azərbaycanda keçirilməsinə nail olacaq”.

A. Rəhimov diqqəti dövlətin gənclər siyasətinə və təmsil etdiyi qurumun bu istiqamətdə gördüyü işlərə yönəldib: “Bu gün Azərbaycanda 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. 2009-2010-cu illərdə onların layihələrinə 2 milyon manatdan çox vəsait ayrılıb”. O, Azərbaycan əhalisinin 3 milyondan çoxunun gənc olduğunu da qeyd edib.

Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə birliyi gənclərin maarifləndirilməsi istiqamətində layihələrə üstünlük verməyə çağırıb./// APA

 

 

44309

44318

178997_482396046932_305952041932_6426883_2478262_n

167047_482397321932_305952041932_6426891_214725_n

44314

44315{jcomments off}

Ireli_Gencler_Merkezinin_achilishi_010211-6  180002_482397426932_305952041932_6426893_3979790_n

OXŞAR XƏBƏRLƏR