«Amerika Azərbaycanda inqilab istəmir»

«Amerika Azərbaycanda inqilab istəmir»
Bütün Xəbərlər
10:26 14.04.2011
1901

Səfirliyin mətbuat katibi Kis Bin “Media forum” saytına açıqlamasında deyib ki, ABŞ səfirliyinin nümayəndəsi aprelin 8-də bir sıra diplomatların Müsavat Partiyasının qərargahında müxalifət partiyalarının sədrləri ilə keçirdiyi görüşdə iştirak edib: “Lakin o yalnız çıxışlara qulaq asıb, məlumat alıb, hər hansı çıxış etməyib, kiməsə göstəriş verməyib”. 
Kis Binin fikrincə, ABŞ səfirliyini ittiham edənlər diplomatların rolunu başa düşmürlər: “Diplomatların həm hakimiyyət, həm də müxalifət nümayəndələri ilə görüşməsi adi haldır. Bu, dünyada qəbul olunan normal haldır və diplomatların işidir. Ona görə də ABŞ səfirliyinin nümayəndəsi müxalifətlə keçirilən tədbirdə iştirak edib. Biz hər gün hakimiyyətin nümayəndələri ilə görüşürük. Bunlar diplomat kimi bizim işimizdir. Əgər hakim Yeni Azərbaycan Partiyasından da dəvət gəlsə, biz onlarla görüşərik”.

Kis Bin qeyd edib ki, ABŞ-ın Azərbaycanda inqilab etmək istəməsi və bunun üçün müxalifətə göstəriş verməsi kimi iddialara səfir Metyu Brayza da bir neçə dəfə açıq bəyanat verib: “Biz Azərbaycanda inqilab etmək istəmirik. Səfir Metyu Brayza bir neçə dəfə bu mesajı cəmiyyətə çatdırıb, hakimiyyət və ictimaiyyət nümayəndələri ilə görüşündə həmin mesajı təkrar vurğulayıb. ABŞ heç Yaxın Şərqdə də inqilab etmək istəmir. Bununla bağlı səsləndirilən ittiham əsassızdır”.

ABŞ səfirliyinin İctimai Palatanın aprelin 2-də Bakıda keçirdiyi mitinqlə bağlı bəyanat verdiyini xatırladan Kis Bin bildirib ki, həmin bəyanat səfirliyin rəsmi internet səhifəsində qalır: “Bizim mövqeyimiz dəyişməyib. ABŞ səfirliyi hesab edir ki, ölkədə toplaşmaq azadlığı təmin olunmalıdır. Biz nümayişlərə görə saxlanılanları qanuni proseduralarla, açıq və şəffaf dinləmələr və müvafiq hüquq məsləhətçisi xidmətinə çıxışla təmin etməyə də çağırırıq”.

/// bizimyol qəzeti

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
15:56 07.03.2026
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
15:48 07.03.2026
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib