18 yaşlı gənc bıçaqlandı

18 yaşlı gənc bıçaqlandı
Bütün Xəbərlər
17:10 30.07.2014
637

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.Çay evlərindən birində bir neçə yeniyetmə və gənc arasında söyüş işlədilməsi nəticəsində münaqişə yaranıb. Nəticədə rayon sakini, 18 yaşlı Aqşin Əliyev bıçaqlanıb. İki bıçaq yarası alan Aqşin Əliyev Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisəni törədən yeniyetmənin yaşı az olduğu üçün adı açıqlanmayıb.//APA

OXŞAR XƏBƏRLƏR