Azərbaycanın Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Cəlilabad Rayon Prokurorluğundan APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə ötən gün rayonun Uzuntəpə kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Sadiq Məhərrəm oğlu Əmirov yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb. Mərhumun intihar etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.