18 yaşlı qız tanışı olan oğlanı bıçaqladı

18 yaşlı qız tanışı olan oğlanı bıçaqladı
SOSİAL
10:06 22.06.2026
220
Sumqayıtda 18 yaşlı qız tanışını bıçaqlayıb.

AZXEBER.COM Report-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən mənzillərdən birində qeydə alınıb

Belə ki, Sumqayıt şəhər sakini, 18 yaşlı G.Ə aralarında yaranmış münaqişə zəminində 20 yaşlı Q.B-a bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən G.Ə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR