18 yazarın hekayəsi ingilis dilində nəşr olunacaq

18 yazarın hekayəsi ingilis dilində nəşr olunacaq
GƏNCLİK
17:25 27.03.2014
1524
Jurnalist Ekspert Mərkəzi (JEM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq” layihəsinin ikinci mərhələsinə başlayıb.
JEM-in sədri Ceyhun Musaoğlunun verdiyi məlumata görə, birinci mərhələdə təşkilatın üzvü olan tanınmış jurnalistlər istedadı, peşəkarlığı və oxucu dairəsinin genişliyi ilə fərqlənən yazarların hekayələrini seçib: “Plana görə, hekayələri seçib, ingilis dilində kitab nəşr etməliyik. Kitablar ölkəmizdəki səfirliklərə, beynəlxalq təşkilatlara, xarici şirkətlərə hədiyyə veriləcək. Bununla yanaşı, xaricə işgüzar səfər edən QHT əməkdaşları da həmin kitabları əcnəbi həmkarlarına bağışlayacaqlar. Artıq hekayələr seçilib. Oxucuların tanıdığı və zövqlə oxuduqları 18 yazarın kitaba salınacaq hekayələri müəyyənləşdirilib”.
C. Musaoğlunun sözlərinə görə, hekayələr tərcümə olunub. Layihənin əsas tərcüməçisi Sevil Gültəndir. Azərbaycan Dillər Universitetinin məzunu olan S. Gültən uzun illərdir tərcüməçiliklə məşğuldur. Azərbaycan dilindən ingilis dilinə 20-dən çox kitab tərcümə edib. O, tərcüməçi kimi prezident təqaüdü alıb. Bununla yanaşı, hekayələrdən bir neçəsi Kamran Nəzirli, Esmira Serova, Xəqani Əliyevin tərcümələrində təqdim olunacaq.
Hazırda hekayələr redaktə olunma mərhələsindədir. JEM sədri onu da bidirib ki, kitabın redaktoru Marta Lawrydir. ABŞ-ın Ohayo ştatından olan Marta Lawry Xəzər Universitetində işləyir. O, tərcümə olunmuş çox sayda kitabın redaktəsini edib.
C.Musaoğlu kitabda əsərləri yer alacaq yazarlarımızı və onların ingilis dilinə tərcümə olunacaq hekayələrinin adını saytımıza təqdim edib. Həmin siyahını diqqətinizə çatdırırıq:
1. Musa Quliyev ( Urud) - “Uruda iki səfər”
2. Əgdər Ol - “Kamança”
3. Rəşad Məcid - “10 sentyabr”
4. Səlim Babullaoğlu - “Yağışlı axşamların birində”.
5. Məqsəd Nur - “Ud”
6. Afaq Şıxlı - “Bir insan ömrünün son gecəsi”
7. Şahnaz Kamalova - “Savalan”
8. Kamran Nəzirli - “Ağ ev”
9. Xalid Kazımlı - ““Pəncşir aslanı”nın bənzəri”
10. Kənan Hacı - “Boz ilan”
11. Şərif Ağayar - “Anaxanım”
12. Natiq Məmmədli - “Xəlbr”.
13. İlqar Rəsul - “Xərçəng və qırmızı tramvay”
14. Azər Abdulla - “Bazarlıq”
15. Qan Turalı - “Gənc qadının və Şaxta babanın qətli”
16. Fəxri Uğurlu - “Leylinin məcnunluğu”
17. Vüsalə Məmmədova - “Rəngləyən”
18. Nicat Qafuroğlu - “O”
JEM sədri açıqlamasında xüsusi olaraq onu da vurğulayıb ki, dünyanın diqqətini Azərbaycan ədəbiyyatına cəlb etməyin yolu geniş arealı olan dildə təqdim olunmaqdır. Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycanda ədəbi mühit olduğunu xarici oxucuya çatdırmaq, onlara bizim yazarların dünyanın tanınmış yazarlarından yaradıcılıq baxımından geri qalmadıqlarını göstərməkdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pentaqon rəhbəri işdən çıxarılacağından ehtiyatlanır
18:25 25.04.2025
Pentaqon rəhbəri işdən çıxarılacağından ehtiyatlanır
Uitkoff Aİ və Ukraynaya nizamlama planını təqdim edib
18:14 25.04.2025
Uitkoff Aİ və Ukraynaya nizamlama planını təqdim edib
Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
17:57 25.04.2025
Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:46 25.04.2025
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Unibank ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
17:36 25.04.2025
Unibank ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
17:29 25.04.2025
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
Rəsmi Bakı: Ermənistan və Fransa Azərbaycan bayrağını yandırmış şəxsləri məsuliyyətə cəlb etməlidir
17:27 25.04.2025
Rəsmi Bakı: Ermənistan və Fransa Azərbaycan bayrağını yandırmış şəxsləri məsuliyyətə cəlb etməlidir
Bədənşəkilləndirmə əməliyyatı edən qadınlara münasibətiniz necədir? - VİDEOSORĞU
17:19 25.04.2025
Bədənşəkilləndirmə əməliyyatı edən qadınlara münasibətiniz necədir? - VİDEOSORĞU
Azərbaycanda məşhur aparıcının başına iş gəldi: Həmkarı çağırış etdi - VİDEO
17:11 25.04.2025
Azərbaycanda məşhur aparıcının başına iş gəldi: Həmkarı çağırış etdi - VİDEO
Prezidentin Çin səfərinin tarixi əhəmiyyəti - İki ölkəni birləşdirən ortaq maraq
17:08 25.04.2025
Prezidentin Çin səfərinin tarixi əhəmiyyəti - İki ölkəni birləşdirən ortaq maraq
Qızılın qiyməti artdıqca zənginləşən ölkələr - SİYAHI
16:58 25.04.2025
Qızılın qiyməti artdıqca zənginləşən ölkələr - SİYAHI
“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir
16:48 25.04.2025
“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
16:45 25.04.2025
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
Əvəz Zeynallı azadlığa buraxıldı
16:30 25.04.2025
Əvəz Zeynallı azadlığa buraxıldı
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:25 25.04.2025
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıda itkin düşən qızlar 9 gündür tapılmır -  Ümid azalır
16:20 25.04.2025
Bakıda itkin düşən qızlar 9 gündür tapılmır - Ümid azalır