Azərbaycan Ordusunun əsgəri həlak olub. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə sentyabrın 18-də Ağdam rayonunun Qaraqaşlı kəndi istiqamətində qeydə alınıb. N saylı hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Davudov Murad Qurban oğlunun tank əleyhinə mina ilə ehtiyatsız davranması nəticəsində partlayış baş verib. M. Davudov yerindəcə həlak olub.