Azərbaycan paytaxtında dəhşətli qətl törədilib.
Bu barədə APA-ya Yasamal Rayon Prokurorluğundan bildirilib.
Hadisə ötən gecə Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 179 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 22 yaşlı Röyal Rövşən oğlu Zülfüqarov həyat yoldaşı, 19 yaşlı Fəridə Vüqar qızı Zülfüqarovanın boğazını kəsib. Qadın aldığı xəsarətdən dünyasını dəyişib. F. Zülfüqarov daha sonra həyat yoldaşının yanında olan 23 yaşlı Fərid Mahmudov adlı şəxsi də bıçaqlayıb. F. Mahmudov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən R. Zülfüqarov saxlanılıb. İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.
Baş vermiş hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.