Çeçenistanın prezidentindən sensasion açıqlamalar

Bütün Xəbərlər
19:10 06.02.2011
1531

ANS-ə müsahibəsində Çeçenistan prezidenti Ramzan Kadırov Jirinovskinin ünvanına sərt ifadələr işlədib. Kadırov onu milli zəmində ayrı-seçkilik yaratmaqda ittiham edərək, tezliklə qanun qarşısında cavab verməsini tələb edib. Hətta onun barəsində təhqiramiz ifadələr işlətməkdən belə çəkinməyib.

“Bəzi insanlar öz maraqlarını Qafqaza, Rusiyaya diqtə etmək istəyir. Mən onları başa düşmürəm. Belə çıxışlar olub. Bizə qarşı “cənab” Jirinovski də çıxış edib. O insan deyil, o ... Həmişə ..... Biz Dövlət Dumasına müraciət etmişik ki, onu vitse-spiker postundan uzaqlaşdırsınlar. Belə adamlar hökumətdə çalışmamalıdır və belə adamlarla müvafiq orqanlar məşğul olmalıdır. O milliyyətçidir , insanları milliyətinə görə bölür. Bir sözlə o axmaqdır . Mən onu belə adlandırıram”, - deyə Kadırov vurğulayıb.


OXŞAR XƏBƏRLƏR