Çempionlar liqası 1/4 finalın cütlükləri müəyyənləşdi

İDMAN
11:20 18.03.2011
1956
UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtilə saat 15:00-da başlayacaq. 

Bununla komandaların finala gedən yolları indidən müəyyənləşəcək. ÇL-in qalibi olmaq uğrunda “Mançester Yunayted”, “Çelsi”, “Tottenhem” (hamısı İngiltərə), “Barselona” və “Real” (hər ikisi İspaniya), “İnter” (İtaliya), “Şalke” (Almaniya) və “Şaxtyor” (Ukrayna) mübarizə aparırlar.

“Tottenhem”, “Şalke” və “Şaxtyor” bu mərhələnin debütantlarıdırsa, digərlərindən yalnız “Çelsi” istisna olmaqla, ÇL-i qazanıblar. Londonlular isə 2008-ci ildə Moskvadakı finalda əzəli rəqibi “Mançester Yunayted”ə oyun sonrası penaltilər seriyası ilə uduzublar.

Qeyd ki, 1/4 finaldan etibarən “kor püşk” olacaq. Yəni bu zaman komandalar reytinqlərə görə ayrı-ayrı səbətlərə bölünmür. 1/8 finalda eyni ölkənin təmsilçiləri, eyni qrupda oynamışlar bir-biri ilə düşə bilməzdisə, bu dəfə belə məhdudiyyət yoxdur.

I “Real” - Tottenhem”
II “Çelsi” - “Mançester Yunayted”
III “Barselona” - “Şaxtyor”
IV “İnter” - “Şalke”

Yarımfinal
IV cütün qalibi - II cütün qalibi

OXŞAR XƏBƏRLƏR