Çernobl qurbanları anıldı

Bütün Xəbərlər
13:38 14.12.2010
2191

Ukrayna prezidenti Viktor Yanukoviçin də iştirak etdiyi mərasimdə Çernobl qəzası xatirəsinə paytaxt Kiyevdə olan “Çernobl Qəhrəmanları” abidəsinə çələng qoyulub.

Daha sonra Çernobl Kilsəsində qəza nəticəsində həyatını itirənlərin xatirəsinə şam yandırılıb və dua edilib.

Çernobl hadisələrində zərər görənləri unutmadıqlarını deyən Viktor Yanukoviç, Çernobil şikəst qalan uşaqlara  dövlət qayğısı olduğunu söyləyib.

Qeyd edək ki, keçmiş Ukrayna prezidenti Viktor Yuşenko 10 Noyabr 2006-cı ildə verdiyi qərar ilə 14 dekabrı Çernoblin davam edən təsirlərini azaltmaq uğrunda canları bahasına mübarizə edənlərin və həyatını itirənlərin anım günü elan etmişdi.

 

OXŞAR XƏBƏRLƏR