Çin elektron pasporta keçir

Bütün Xəbərlər
08:03 01.02.2011
1936

Elektron passport ilk mərhələdə sınaq məqsədi ilə Pekin, Liaoning və xaricdəki bəzi Çin səfirlikləri ilə konsolluqlarında verilməyə başlanıb. Bu pasportlar ikinci mərhələdə xalqa veriləcək.

 

“Pekin Gənclik” qəzetinin xəbərinə görə, saxtasının hazırlanması mümkün olmayan elektron pasportlar (e-passport), təhlükəsizliyi təmin etməklə yanaşı səfər zamanı gömrüklərdə vaxt itkisini aradan qaldıracaq.

Elektron pasportlar ölkədə daha əvvəl verilən pasportlara bənzəsə də, içində barmaq izi və fərdi məlumatlar da yerləşdirilib. Pasportların üzərində Çin Səddi kimi bəzi abidələr əks olunub.

Qeyd edək ki, dünyanın 90-dan çox ölkəsi 2010-cu ilə qədər elektron pasporta keçib.

 

OXŞAR XƏBƏRLƏR