2 aprel aksiyası ilə bağlı daha beş nəfərə "iş" verildi

Bütün Xəbərlər
14:32 09.04.2011
1650
Bu barədə APA-ya açıqlamasında Bakı şəhər prokurorunun müavini, aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış etiraz aksiyanda baş verənlərlə bağlı yaradılmış istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev məlumat verib.

Onun sözlərinə görə, həyata keçirilən istintaq hərəkətləri nəticəsində aprelin 2-də baş vermiş hadisələrlə bağlı daha 5 nəfərin hadisələrdə iştirakı sübuta yetirilib. Onlar - Babək Həsənov, Ülvi Quliyev, Elşən Həsənov, Sahib Kərimov və Əhəd Məmmədlidir.

F. Həsənəliyev qeyd edib ki, artıq bu şəxslərə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub və barələrində həbs qətimkan tədbirinin seçilməsi üçün materiallar aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib.

F. Həsənəliyev hazırda fakt üzrə başlanmış cinayət işi ilə bağlı zəruri istintaq tədbirlərinin davam etdirildiyini qeyd edib.

OXŞAR XƏBƏRLƏR