Türkiyəli məşhur aparıcı Acun Ilıcalıya qarşı sui-qəsd olunacağı barəsində məlumatlar yayılıb. AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, polis tərəfindən ələ keçirilən terroristlərin kompüterində gizli kodla olan fayllar ələ keçirilərək, sui-qəsd siyahısına baxılıb.
İstanbulda keçirilən əməliyyat zamanı, yaxalanan terroristlər arasında 2 azərbaycanlının da olduğu bildirilir.
Əl-Kaidə təşkilatının üzvləri olan şəxslər Acun Ilıcalı ilə yanaşı bir sıra tanınmış şəxsləri də öldürmək istədiklərini söyləyiblər.