2 azyaşlı xilas edildi

2 azyaşlı xilas edildi
Bütün Xəbərlər
10:53 26.09.2013
767

Bakının Nizami rayonunda 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb giriş qapısının təsadüfən kilidlənməsi olub.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər 9 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olub.

Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR