2 minədək şəxsə ünvanlı sosial yardımın ödənilməsi dayandırılıb

İQTİSADİYYAT
17:37 14.10.2019
5723
Artıq 2000-dək şəxsə ünvanlı sosial yardımın ödənilməsi dayandırılıb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu gün təqribən 70 min ailəyə ünvanlı sosial yardım ödənilir, bu isə 280 min insanı əhatə edir.

S.Babayev əlavə edib ki, elektron auditlər zamanı ünvanlı sosial yardım təyinatından sonra qısa müddət ərzində bir sıra şəxslərin əmək müqavilələrinin ləğv edilməsi, sosial sığorta ödənişlərinin həyata keçirilməməsi və digər şübhəli hallar meydana çıxır: "Məsələn, ən son meydana çıxan hallardan biri budur ki, bir fiziki şəxsin imzaladığı əmək müqavilələri nəticəsində onunla muzdlu əmək müqaviləsinə malik 170-dən çox şəxs ünvanlı sosial yardım alır. Yəni bir fiziki şəxs, bir kiçik şirkət çərçivəsində 170 ünvanlı sosial yardım alan şəxsin olması və onlarla imzalanmış əmək müqaviləsinin 3-5 gün, 1 həftə sonra ləğv edilməsi birbaşa onu göstərir ki, elektron sistemlərə saxta informasiyalar ötürülür".

Nazir saxta yollarla ünvanlı sosial yardım almağa başlamış şəxslərlə bağlı tədbirlərin görüləcəyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
00:20 27.02.2025
İsa Məsihin heykəli üzərində UNO görüntüləndi - FOTOLAR
00:07 27.02.2025
25 yaşlı İrina “Ukrayna Qəhrəmanı” adına layiq görüldü
00:04 27.02.2025
Qalmaqallı serialın yayımı bərpa olundu
00:02 27.02.2025
Belə davam etsə, ABŞ müflisləşəcək - Mask
23:56 26.02.2025
ABŞ və Rusiya İstanbulda görüşür: "Ukrayna müzakirə olunmayacaq" – Dövlət Departamenti
23:54 26.02.2025
Türkiyə kəşfiyyatı əməliyyat keçirdi - Reyhanlı terrorçusu saxlanıldı
23:52 26.02.2025
HƏMAS dörd girovun meyitini İsrailə təhvil verəcək
23:48 26.02.2025
Zelenski Ukrayna Ordusu Birləşmiş Qüvvələrinin komandanını vəzifəsindən azad edib
23:41 26.02.2025
"Beş dəqiqə içində anam canını tapşırdı" - İlkin hadisədən danışdı
23:27 26.02.2025
Bakıda valideynlə müəllim arasında mübahisə ÖLÜMLƏ BİTDİ: Dəhşətli hadisənin TƏFƏRRÜATI
22:59 26.02.2025
Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının növbəti görüşünün yeri məlum olub
22:53 26.02.2025
Tramp: Ukrayna artıq NATO-ya üzvlüyü yaddan çıxara bilər
22:50 26.02.2025
Bakıda bu küçədəki dükanlar kütləvi şəkildə bağlanır - Səbəb nədir?
22:18 26.02.2025
Generalın 21 yaşlı oğlunun vəfatı ilə bağlı TƏFƏRRÜAT
22:16 26.02.2025
Məşhur aktrisa 39 yaşında vəfat etdi
22:11 26.02.2025
Tramp: ABŞ-nin Ukraynadakı əsas məqsədi qan tökülməsini dayandırmaqdır