2 tanış arasında baş verən mübahisə qanla nəticələndi
Bütün Xəbərlər
10:55 14.01.2013
962
Ötən gün Lənkəran şəhərində bıçaqlanma baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, tanışların arasında baş verən münaqişə qanla nəticələnib.Belə ki, 1990-cı il təvəllüdlü Adil Vüqar oğlu Xasıyev münaqişə zəminində həmyerlisi 1960-cı ildə anadan olmuş Hicran Hüseyn oğlu Kazımovu bıçaqlayıb. H.Kazımov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törən şəxs isə saxlanılıb.