2 uşaq atası olan Qarabağ əlili intihara cəhd etdi
Bütün Xəbərlər
17:53 20.04.2012
1114
Azərbaycanın Göyçay rayon sakini intihara cəhd edib.APA-nın xəbərinə görə, hadisə bu gün saat 16.30 radələrində, Göyçay şəhərinin Ziya Bünyadov küçəsində yerləşən binada qeydə alınıb. Göyçay sakini, 41 yaşlı Aslanov Zakir Mehdi oğlu bıçaqla özünə müxtəlif bədən xəsarətləri yetirib. Çoxlu qan itirən Z. Aslanov Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun 2-ci qrup Qarabağ müharibəsi əlili olduğu bildirilir. Z. Aslanovun 2 övladı var.