“Vahid geyim forması düzgün və vaxtında atılmış addımdır”

“Vahid geyim forması düzgün və vaxtında atılmış addımdır”
SOSİAL
16:12 12.10.2026
172
"Təhsildə dünyəvilik prinsipi tətbiq olunur. Adından da göründüyü kimi, bu prinsip dünya təhsil sisteminə inteqrasiyanın əsasını təşkil edir. Azərbaycan dünyəvi və suveren dövlətdir. Təhsil də ölkənin inkişafında mühüm istiqamətlərdən biridir. Bu səbəbdən təhsil sisteminin yad ünsürlərdən qorunması vacibdir”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev deyib. 

O qeyd edib ki, şagird məktəbə daxil olarkən ayrı-seçkilik və fərqlilik hiss etməməlidir:

"Bütün bu addımlar sosial bərabərliyin təmin olunmasına xidmət edir. Şagird məktəbə daxil olarkən ayrı-seçkilik və fərqlilik hiss etməməlidir. Bu, təbii ki, xarici görünüşdə də özünü göstərir. Buna görə də vahid geyim forması ilə bağlı qərar düzgün və vaxtında atılmış addımdır. Növbəti mərhələdə dünyəvilik prinsipi təhsilin digər sahələrinə də təsir edəcək. Təhsil alanlar və təhsil verənlər vahid komanda kimi çıxış etməli, zahiri görünüşlərinə görə bir-birindən  fərqlənməməlidirlər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR