20 evdən oğurluq edən şəxslər saxlanıldı - FOTO

20 evdən oğurluq edən şəxslər saxlanıldı - FOTO
KRİMİNAL
13:22 07.09.2021
657
Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrılıqda oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus fərdi yaşayış evlərinə qanunsuz olaraq daxil olub, oradan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Əli Cəfərov saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan şəxsin müxtəlif vaxtlarda 20-yə yaxın vətəndaşın evindən qızıl-zinət oğurladığı məlum olub. Satdığı əşyalardan 18.000 manatdan çox pul əldə edən Ə.Cəfərov dindirilmə zamanı törətdiyi cinayət əməllərini etiraf edib. Ə.Cəfərovun digər analoji cinayət hadisələri törətməsi istisna olunmadığından hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq daxil olub, oradan 800 manat dəyərində qızıl-zinət əşyası və 400 manat nağd pul oğurlamaqda şübhəli bilinən rayonun Cəlilli kənd sakini, əvvəllər məhkum olunmuş Sübhan Məmmədov saxlanılıb.

Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun daha bir bir cinayət əməli aşkar edilib. Belə ki, S.Məmmədov həmkəndlisinin evindən 150 manat dəyərində qızıl-zinət əşyası və 50 manat nağd pul oğurlayıb.

Şöbə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri ilə rayon sakininə məxsus avtomobildən 300 manat nağd pul oğurlamaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan rayon sakini saxlanılıb.

Qeyd edək ki, həmin şəxs cari ilin iyul ayında vətəndaşa məxsus ümumi dəyəri 400 manat olan elektrik avadanlıqlarını oğurlayıb.

Faktlarla bağlı Tovuz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
09:00 11.10.2026
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
08:52 11.10.2026
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
08:43 11.10.2026
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
08:36 11.10.2026
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
08:30 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb