Rio-de-Janeyronun mərkəzində 20 mərtəbəli bina qismən uçub. AZXEBER.COM-un məlumatına görə, xəbəri Braziliyanın “Globo News” xəbər telekanalı yayıb. Uçan bina Sinelandiya meydanının yaxınlığında yerləşir.Telekanalın məlumatına görə, faciə nəticəsində xəsarət alanlar var. Lakin onların sayı açıqlanmayıb. Hadisənin təfərrüatları hələlik məlum deyil. Şahidlər bildiriblər ki, bina uçmazdan əvvəl partlayış baş verib.