Bir neçə gündür ki, sosial şəbəkədə hər kəs ondan danışır.
12 il Almaniyada yaşayıb, orda fəaliyyət göstərən həkim Nicat İbrahimov bugünlərdə Vətənə qayıdıb. O, bundan sonra fəaliyyətini Azərbaycanda - Şirvan şəhərində davam etdirəcək.
Bəs Nicat İbrahimovun 20 min avroluq maaşdan imtina edib Vətənə dönməsinə səbəb nədir?
Nicat İbrahimov bu və digər suallara bağlı AZXEBER.COM-a özəl müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Nicat bəy, ilk olaraq özünüz haqda oxucularımıza məlumat verərdiniz...
- Mən, İbrahimov Nicat Xalid oğlu, Neftçala rayonun aşağı Surra kəndində ziyalı ailəsində anadan olmuşam. Atam kəndimizin həkimi, anam isə ingilis-dili müəllimi olub. Anam gənc yaşında vəfat edib. Atam isə təqaüdçüdür. Bir bacım, bir qardaşım var. Onlar da ölkənin ən nüfuzlu təhsil müəssilərində təhsil alıblar. Ailəliyəm, bir qızım var.
- Son günlər hər kəs sizdən danışır, bəziləri də yüksək məbləğ qarşılığında Almaniyada deyil, Azərbaycanda işləməyi seçməyinizi birmənalı qarşılamır. Bu haqda ə deyə bilərsiniz?
- Məndən maddi məsələləri soruşanlara da bildirmək istəyirəm ki, madiyyat müəyyən etapdan sonra önəmli məsələ deyil. Bu qərarımdan sonra haqqımda çox yazıldı ki, guya Almaniyada aldığım məbləğ doğru deyil, hətta şişirdilmiş məbləğ olduğunu da deyənlər var idi. Araşdırsanız görərsiniz ki, Almaniyada həkimlər nə qədər qazanır. Müəyyən keyfiyyətlərə məxsus həkimlərin məvacibi istisna hal olaraq nə qədər artırılır. Bu məsələlərdə madiyyat önəm daşımır. Önəmli olan mənim doğma vətənimə qayıtmağım və burada çalışmaq haqda verdiyim qərardır. Mən Almaniyaya getməzdən əvvəl də düşünürdüm ki, xarici ölkədə hər hansı bilik və bacarıqlara yiyələndikdən sonra Vətənimə qayıdacağam. Həmin an da gəlib çatdı. Düzünü desəm hələ bir-iki il də orada işləməyi düşünürdüm, ancaq ölkədə səhiyyə sisteminin yenidən qurulması və tibbi sığorta vasitəsilə vətəndaşlar bütün xidmətləri ala biləcəkləri üçün geri dönmək qərarına gəldim. Azərbaycana qayıtmağımı sürətləndirən digər səbəb isə, ölkənin ürək ölümlərinə görə öndə gəlməsi oldu.
- Qeyd etdiyiniz kimi, Azərbaycan ürək xəstəliklərindən ölüm sayına görə ikinci yerdədir. Sizcə bu nə ilə bağlıdır?
- Ürək xəstəlikləri inkişaf etmiş ölkələrdə ön sıralardadır. Azərbaycanın ön sırada olmasının bir neçə subyektiv və obyektiv səbəbləri var. Bu səbəblərə coğrafi mövqeyimiz, geoloji şərtlər, genetik faktorlar, qidalanma tərzləri (biz heyvanmənşəli qidalardan çox istifadə edirik ki, bunlar da ürək xəstəliklərinin yaranmasında böyük rol oynayır), hazır qidalar, xörək duzundan çox istifadə, nikotinin qəbulu – bunlar hamısı ürək xəstəliklərini artıran səbəblərdir.
Bundan başqa tibb elminin təsir edə bilmədiyi faktorlar da var ki, buna genetik, yaş faktoru, kişi cinsinə aid olmaq, ekoloji şəraitə biz həkimlər təsir edə bilmirik. Ürək xəstəliklərinin çox olmasının digər səbəbi isə kardioloji müayinələrdən vaxtında keçməməyimizdir. Vaxtında keçilən müayinə nəticəsində hər hansı problemi aşkar edib prafilaktik tədbirlər, müalicələr edə bilərik.
- Almaniya tibb sistemindən səhiyyəmizə hansı yenilikləri gətirməyi düşünürsünüz?
- Almaniyanın dünyanın ən öndə gələn səhiyyə sisteminə malikdir. Çox şükür ki, bu gün Azərbaycanda səhiyyə sisteminin inkişaf etdrilməsi istiqamətində addımlar atılır. Ancaq reallıq odur ki, Azərbaycanın tibb sisteminin Avropanın öndə gələn tibb sistemi ilə müqayisə olunması düzgün deyil. Bunun da səbəblərində biri Almaniyada tibb sisteminin tam mükəmməl olması üçün illər tələb olunub. Bizdə isə bu sistem yeni tətbiq olunur. Zamanla bütün boşluqların dolacağına əminəm.
Yeniliklərdən danışsaq isə deyə bilərəm ki, öz sahəm üzrə Azərbaycanda da tibb sistemi kifayət qədər inkişaf edib. Kolleqalarımın əksəriyyəti Bakıda fəaliyyət göstərdiyi üçün şəhər vətəndaşları üçün əlçatan sistem qurulub. Regionlarda isə kadr çatışmazlığı var. Buna görə də işləmək üçün bölgələrdən birinə getmək qərarına gəldim. Niyyətim vətəndaşlarımız üçün əlçatan tibbi müayinə və müalicələri icra etməkdir. Digər tərəfdən isə regionlarda kadr yetişdirilmısinə dəstək olmaq istəyirəm.
- Almaniyada işləyərkən Azərbaycandan gələn pasientimiz olmuşdumu?
- Əlbəttə, Almaniyada çalşdığım zaman kifayət qədər Azərbaycandan gələn pasiyentimiz olurdu. Kimisi birbaşa çalışdığım xəstəxanın adına görə gəlirdi, kimlərsə də bilirdi ki, orada çalışıram ona görə həmin xəstəxanaya gəlirdi. Xəstəxananın yerləşdiyi əraziyə yaxın yaşayan azərbaycanlılar orada işlədiyimi bilib, problem olan zaman müraciət ediridlər. Biz də onlara lazım olan dəstəyi göstərirdik.
- Düzdür əvvəl vətəndaşlar müayinə və müalicə üçün xaricə gedirdi. Ancaq deyə bilərəm ki, indi ona ehtiyac yoxdur. Bir neçə ildir ki, səhiyyə sistemi mükəmməl səviyyədə inkişaf edib. Kardioloji cəhətdən bir neçə dünya ölkələri ilə qarşı-qarşıya durmaq potensialına sahibik. Təbii ki, hər bir insan öz həkimini seçməkdə azaddır. Ancaq mən bu gün vətəndaşlara əminliklə deyə bilərəm ki, Azərbaycanda da kifayət qədər peşəkar kolleqalara sahibik. Ona görə də bundan sonra heç bir xarici ölkəyə getməyi məsləhət görmürəm. İnamsızlığa gəldikdə isə, sığorta sistemi olmadığı dövrlərdə həkim və xəstə arasında müəyyən maneələr var idi. İnamsızlığın yaranmasının əsas səbəbi də məhz bu idi. Bu problem də İcbari Tibbi Sığorta sistemi vasitəsilə aradan qaldırıldı. Zənn etmirəm ki, bundan sonra həkim və xəstə arasında hansısa maneə qalsın.
Bildiyimiz kimi, fəaliyyətinizi TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasında davam etdirəcəksiniz. Niyə şəhər yox, regionda işləməyi seçdiniz?
- Təbii ki, Azərbaycanda fəaliyyətimi davam etdirmək istədikdə şəhərin nüfuzlu xəstəxanalarından təkliflər aldım. Ancaq burda bir nuans var idi ki, əgər mən işləməyə gəlirəmsə, bölgəni seçmək daha optimal variant idi. Çünki, Bakıda kifayət qədər peşəkar mütəxəssislərimiz var ki, bu regionda yaşayanlar üçün əlçatandır. Regionda yaşayan vətəndaşlar isə ürək xəstəliklərindən daha çox əziyyət çəkirlər. Bütün bunları nəzərə alıb regionda işləməyi seçdim.
- Bu sualınıza cavab olaraq deyə bilərəm ki, hər kəsin öz düşüncəsi var. Bu ele bir şeydir ki, bir insanın qərarı hamı tərəfindən müsbət qarşılana bilməz. İnsan hər hansı qərarı verərkən xoşbəxt olduğu halda, bu qərar digərlər insanlar tərəfindən doğru qəbul olunmur. Hər bir insanın doğruları var ki, buna görə də onu ittiham etmək düzgün deyil. Belə olan halda yaxşı olar ki, empati duyğusundan istifadə edək. İnsan xoşbəxt olduğu yerdə olmalıdır. Hansı ki, mənim də xoşbəxt olacağım yer vətənimdir. Biz əlimizdən gəldiyi qədər öz vətəndaşlarımıza dəstək olmağa çalışmalıyıq. Bunun da dövlət tərəfindən həkimlərə olan dəstəyi İcbari Tibbi Sığortanın olmasıdır. Bunun vasitəsilə biz vətəndaşlarımıza pulsuz şəkildə xidmət göstərə bilərik.
Günel Hüseynli