20 prokurorluq əməkdaşı məsuliyyətə cəlb olundu, 1-i işdən qovuldu

20 prokurorluq əməkdaşı məsuliyyətə cəlb olundu, 1-i işdən qovuldu
Bütün Xəbərlər
16:43 17.01.2012
1366

Bakışəhərprokurorluğunda şəhər və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2011-ci ildə şəhər prokurorluğu orqanlarının qanunçuluğun möhkəmləndirilməsi,cinayətkarlığa qarş ımübarizənin gücləndirilməsi sahəsində gördüyü işlərin vəziyyəti və qarşıdaduran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. 

Baş Prakurorluğun mətbuat xidmətindənAZXEBER.COMsaytına verilən məlumata görə, müşavirədə Bakı şəhər prokuroru Əziz Seyidov bildirib ki, 2011-ci hesabat ili ərzində şəhər üzrə cəmi 11316 cinayət hadisəsi qeydə alınıb, həmin cinayətlərin 73,3 faizinin açılması təmin edilib. 2010-cu illə müqayisədə hesabat dövründə ağır və xüsusilə ağır cinayətlərin sayı 103 hadisə və ya 7,4% azalıb. Şəhərin digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsində çoxsaylı qəsdən adam öldürmə, quldurluq cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması təmin edilib, əvvəlki ilə nisbətən hesabat dövrundə daha çox qanunsuz narkotik vasitə və psixotrop maddələr dövriyyədən çıxarılıb.

Şəhər prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik sahəsində tələbkarlıq daha da artırılıb, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib,il ərzində prokurorluq orqanlarında 523, daxili işlər orqanlarında isə 3959 cinayət işinin istintaqı yekunlaşdırılmaqla onların əksəriyyəti baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Hesabat ilində əlaqəli şəkildə aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində geniş əks-səda doğuran Nərimanov rayonunda 78 və 76 yaşlı ər-arvad Əkbərovların nəvələri Ramin Əkbərovun təşkilatçılığı ilə qətlə yetirilmələri, iş adamı-"Azər Rus"MTK-nın təsisçisi Əflatun Piriyevin Hümbət Məmmədovun sifarişi əsasında Fərman Hacıyev və qeyriləri tərəfindən qətlə yetirilməsi, Nəsimi rayonunda xəbərsiz itkin düşmüş Reyhan İsgəndərlinin İlqar Ağayev və qeyriləri tərəfindən öldürülərək meyitinin Xızı rayonunun ərazisində basdırmaları kimi xüsusilə ağır cinayətlərin açılması təmin edilib

Ə. Seyidov qeyd edib ki, hesabat dövründə əldə edilən müsbət nəticələrlə yanaşı nöqsanlar da mövcuddur. 2011-ci ildə qeydə alınan 5 qəsdən adam öldürmə, 39 quldurluq, 16 ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılmaması bu sahədə daha intensiv və məqsədyönlü istintaq, əməliyyat-axtarış tədbirlərinin aparılmasını tələb edir.

Əziz Seyidov ağır və xüsusilə ağır cinayət işlərinin açılması üçün kriminalistika xidmətinin işinin daha da gücləndirilməsinin, istintaq taktikasının və metodikasının, istintaq fərziyyələrinin vaxtında və düzgün qurulmasının vacibliyini qeyd edib.

Əməliyyat müşavirəsində şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına ciddi əməl etmələri tələb edilməklə vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluğunun 20 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 1 əməkdaş prokurorluq orqanlarından xaric edilib.

Müşavirədə görülən müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulan zərərin ödənilməsi, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.

OXŞAR XƏBƏRLƏR