"Lipsy" modalar evində hazırlanan və müğənninin adını daşıyan kolleksiyadakı paltarlar gəsarətli dizaynı ilə seçilir.
Həmişə şən və bir qədər ekstravaqant geyinməyi sevdiyini deyən 20 yaşlı müğənninin sözlərinə görə, "Piksi Lott" kolleksiyasının rəğbətlə qarşılanaraq bəyəniləcəyini düşünür.
"The Mama Do" və "Cry Me Out" mahnıları ilə populyarlaşan Piksi Lot daha sonra bildirib ki, onun kumirləri Kemeron Dias ilə Culiya Robertsdir.
"Bu xanımlar əsl meqa ulduzlardır və həddən ziyadə məşhurdur. Mən də onlar təki populyar olmaq istərdim. Kolleksiyaya gəldikdə isə, xanımlara təklif edirəm ki, uzun ətəkləri qısaldaq", - paltar kolleksiyasının Londonda keçirilmiş təqdimat mərasimində Piksi deyib.
/// milli.az